Ermənistan çətin günlər yaşayır.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Ermənistan Demokratiya Forumu”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəziləri düşünür ki, qanunu, qərarı dəyişdirməklə reallıq dəyişəcəyik: "Amma bu, qətiyyən belə deyil. Bir çox qanunlar dəyişdirilib, amma reallıq dəyişməyib, ona görə də reallığı dəyişmək üçün düşüncəni dəyişmək lazımdır. Bir çox hallarda biz daim çalışırıq, qaçırıq, amma heç nə alınmır. Bunun əsas səbəblərindən biri nədir? Biz deyirik ki, dövlət sistemi ləng işləyir, bu doğrudur, amma nə qədər sürətlə işləsək də, zamandan tez işləyə bilmərik. Bu, mənim ən vacib qənaətlərimdən biridir".
Ağarza Elçinoğlu