Ankara Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşü ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan KİV-i diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - deyə mənbə iddia edir.
Ermənistanın News.am portalı isə yazır ki, görüşün ləğvi və ya təxirə salınması hələ məlum deyil.