"Ermənistan Respublikası və Gürcüstan bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıdıqlarını ən yüksək səviyyədə qeyd ediblər".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, geosiyasi və sürətli inkişaflar kontekstində əməkdaşlıq vacibdir: "Biz ölkələrimiz arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin dostluq şəraitində davam etdirilməsi və mümkün qədər başa çatdırılması üçün aydın qarşılıqlı anlaşmanın formalaşmasını vacib hesab edirik".
Ağarza Elçinoğlu