Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan – Baba Babayev, əvvəllər məhkum olunmuş Habil Salehov və Rəşad Quliyev həyata keçirilən tədbirlərlə saxlanılıb. Onların yaşadıqları evlərin həyətyanı sahələrindən kultivasiya edilərək yetişdirilən, çəkisi 10 kiloqram olan çətənə bitkiləri aşkar edilib. Saxlanılan şəxslər çətənə kollarına aqrotexniki qulluq göstərdiklərini bildiriblər.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Taleh Əsgərov, Hacı Kərimov, Müşviq Məmmədov, Fariz Əliyev, Mübariz Məmmədov və Rəşad Bəyalıyev saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.