Fransada keçirilən hərracda Napoleon Bonapartın tapançaları 1, 69 milyon avroya alıcı tapıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərraca Napoleona məxsus olan zəngin bəzədilmiş tapançalar çıxarılıb.
Osenat və Rossini hərrac evləri alıcı haqqında məlumatı gizli saxlasalar da, sövdələşmənin uğurlu alındığını bildiriblər. Əvvəlcə Osenat mütəxəssisləri tapançaların qiymətini 1,2-1,5 milyon avro arasında qiymətləndirdilər.
Bundan əvvəl Fransa Mədəniyyət Nazirliyi Napoleon Bonapartın intihar etmək istədiyi kolleksiyasından olan iki tapançanı milli sərvət kimi tanıyıb və onların respublika ərazisindən çıxarılmasını qadağan edib.
Gülayə Mecid