Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin Ronald Reyqan İnstitutunda çıxış edib.
"Unikal" xəbər verir ki, Ukrayna lideri çıxışında iyulun 8-də Kiyevdəki “Oxmadet” uşaq xəstəxanasına raket hücumundan danışıb.
O, bildirib ki, belə məqamlarda Rusiya prezidenti Vladimir Putini öldürmək istəyir: "Bu, çox həssas məqamdır. İnsanları, uşaqları itirmək çox çətindir. Övladları dünyasını dəyişən valideynləri görürük. Və o anda mən və hamı Putini öldürmək istəyirik".
Bundan əvvəl xəstəxanaya raket hücumu nəticəsində 16 nəfərin öldüyü bildirilmişdi.
Ağarza Elçinoğlu