10 iyul 2024-cü il tarixində Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib

"Unikal" xəbər verir ki, yığıncaqda Qardağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Respublika Ağsaqqalar Şurası sədrinin müavini, millət vəkili Eldar İbrahimov, İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ağsaqqları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Qardağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açdı, dövlət rəhbərliyi tərəfindən ağsaqqalara göstərilən diqqət və qayğıdan danışdı. Qeyd etdi ki, ağsaqqallar daim bizim diqqətimizdədir, onlara xüsusi diqqət, qayğı göstərilir, onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərində göstərdikləri fəallığa görə onlara təşəkkürünü bildirdi.

Sonra rayon ağsaqqallar şurasının sədri Ramin Məmmədov keçən müddət ərzində Şuranın gördüyü işlər barədə hesabat verdi. Hesabat ətrafında çıxış edən Seyran Muradov, Mirtağı Tağıyev, Paşa Məmmədov, Qurbanqulu Rəhimov və Maqsud Heydərov Şuranın hesabatını bəyəndiklərini və sədrin xidmətlərindən danışdılar. Onlara göstərilən səmimi münasibətlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Çıxışlara yekun vuraraq Şuranın sədr müavini, millət vəkili Eldar İbrahimov ölkə səviyyəsində ağsaqqalara hörmət və ehtiramın daimi xarakter aldığını vurğuladı. Qaradağ rayonunda icra strukturu ilə ağsaqqaların sıx təmasından məmnun olduğunu bildirdi. Qeyd etdi ki, onların gənc nəsilin təlim-tərbiyəsində və vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətləri danılmazdır. Şuranın üzvlərinə bir daha təşəkkür etdi və gələcək işlərində uğurlar arzuladı.

Ağsaqqallar şurasının sədri Ramin Məmmədov yenidən sədr vəzifəsinə seçildi.

Yekunda rayon rəhbərliyi tərəfindən yubileyləri qeyd olunan 3 nəfər ağsaqqala uzunmüddətli, səmərəli əmək fəaliyyətlərinə görə fəxri fərman və qiymətli hədiyyə təqdim olundu. 90 yaşı tamam olan Seyran Muradov, 85 yaşı tamam olan Mirtağı Tağıyev və 70 yaşı tamam olan Paşa Məmmədov təqdimata görə öz təşəkkürlərini bildirdilər.