Son bir il ərzində Fransa hakimiyyəti 2024-cü il Yay Olimpiya Oyunları ilə əlaqədar Parisdən təxminən beş min evsiz miqrantı çıxarıb.
"Unikal" xəbər verir ki, onları avtobusla Lion və ya Marselə aparırlar, orada xüsusi sığınacaqlara yerləşdirirlər.
Hökumət evsiz insanların məhz yaxınlaşan Olimpiadaya görə qovulması faktını təkzib edir və bildirir ki, proses "könüllü köçürmə proqramı" çərçivəsində baş verir.
Miqrantların sözlərinə görə, hakimiyyət onları evlə təmin edəcəyini, həmçinin sosial yardım göstərəcəyini vəd edir.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.