"İnanıram ki, sərhədlərin açılması hər iki ölkənin, xalqın mənafeyinə uyğundur".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan brifinq zamanı bildirib.
O, Türkiyə ilə sərhədin açılmasının tezliklə baş verəcəyinə ümid edib: "Ermənistanın açıq sərhədləri reallığa çevirmək üçün siyasi iradəsi var. Qonşularımızla münasibətlərdə biz öz mövqeyimizi ifadə etmişik, bu, regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasıdır. Deməliyəm ki, bir çox ölkələr, o cümlədən Çin də bu gündəmi dəstəkləyir. İnanırıq ki, sərhədlərin açıq olması və bu cür maneələrin aradan qaldırılması ilə erməni xalqı üçün həm həyat səviyyəsi, həm təhlükəsizlik səviyyəsi, həm də uzunmüddətli sülhün bərqərar olması baxımından daha əlverişli şərait yaranacaq. Bu yaxınlarda Xarici İşlər Nazirliyi diplomatik pasportlara malik şəxslərin sərhədlərimizdən keçirilməsinin açıq olacağını açıqlayıb və ümid edirəm ki, bütün bu razılaşmalar ən qısa zamanda həyata keçiriləcək".
Ağarza Elçinoğlu