Putin Macarıstanın baş naziri Viktor Orban vasitəsilə ABŞ-nin keçmiş prezidenti Donald Trampa heç bir məktub göndərməyib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Nə yazılı, nə də şifahi heç bir məktub və ya mesaj ötürülməyib", - Peskov jurnalistlərə deyib.
O əlavə edib ki, Orban Trampla görüş planları barədə Putinə məlumat verməyib.
Xatırladaq ki, Macarıstanın baş naziri Trampla görüşərək Ukrayna münaqişəsinin həllini müzakirə edib.
Ağarza Elçinoğlu