Ukraynanın əhalisi 2100-cü ilə qədər 15,3 milyon nəfərə qədər azalacaq.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin “Dünya Əhali Prospektləri 2024” hesabatında məlumat yer alır.
Məlumatlar dünya ölkələrində demoqrafik göstəricilərə dair hesabat cədvəlində dərc olunub.
Bildirilib ki, 2020-ci ilə qədər Ukraynada 44 milyondan çox insan yaşayırdı.
BMT həmçinin hesab edir ki, 2084-cü ildə dünya əhalisi maksimum 10,3 milyard nəfərə çatacaq və sonra azalmağa başlayacaq.