Ermənistanda zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Zəlzələ Ermənistan-Naxçıvan sərhəd zonasında, Kacaran şəhərindən 14 km şimalda, yerin 10 km dərinliydə qeydə alınıb. Təbiət hadisəsi 3,5 bal gücündə hiss olunub.
Episentr zonasında yeraltı təkanların gücü 4-5 bal təşkil edib.
Zəlzələ Sünik rayonunun Aqarak, Meğri, Kacaran və Qafan şəhərlərində 4 bal gücündə hiss olunub.
Ağarza Elçinoğlu