Lüks avtomobil markası olan "Rolls-Royce"-un keçmiş britaniyalı baş dizayneri malikanəsində ölü tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 74 yaşlı Yan Cameronun Almaniyadakı 3 milyon funt sterlinq dəyərindəki evinin qapısında bıçaqlanaraq öldürülüb.

Yerli media Kemeronun naməlum şəxs tərəfindən bıçaqlandığını yazıb.

Həmçinin, öldürən şəxsin qiymətli avtomobillərin saxlandığı qarajlardakı təhlükəsizlik kameralarının elektrik kabellərini kəsdiyi də qeyd olunub.

Zərifə Nağıyeva