Amerikanın F-16 qırıcısını ilk vuran hərbçi 15 milyon rubl alacaq.
"Unikal" xəbər verir ki, Rusiyanın FORES şirkəti təyyarənin məhv edilməsinə görə belə bir mükafat elan edib.
Müdafiə Nazirliyi "Telegram"da təşkilatın direktoru İlya Potaninin sözlərini sitat gətirib. Potanin həmçinin xüsusi əməliyyat zonasında “Abrams” və “Leopard” tanklarını məhv edən hərbçilərə mükafatlar təqdim edib. FORES-in direktorunun sözlərinə görə, hər tank üçün ödəniş 500 min rubl idi.
Şirkət rəhbəri hər vurulan F-16 və ya F-15-ə görə qırıcıları mükafatlandıracağını vəd edib. Yalnız məhv edilən ilk təyyarəyə görə 15 milyon rubl ödəniləcək.
Ağarza Elçinoğlu