Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 492 min 425 manat məbləğində maddi ziyanın 3 milyon 527 min 109 manatı və ya 54,3%-nin ödənilməsi təmin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində məlumat verilib.