İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Plenar sessiya başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.
*** 14:10
Bu dəqiqələrdə Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
****13:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Siyasi Birliyinin dördüncü sammitinin keçiriləcəyi Blenhaym sarayına gəlib.
"Unikal" xəbər verir ki, sammit Bakı vaxtı ilə saat 13:00-da başlayıb. Ölkə lideri hazırda sammitdə iştirak edir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da sammitə qatılıb. Paşinyan jurnalistlərin sülh sazişi üzrə danışıqların necə getdiyi ilə bağlı sualına cavab verməyib, İlham Əliyev buna jest hərəkəti ilə cavab verib.
Ağarza Elçinoğlu
Prezident İngiltərədə Blenhaym sarayında qarşılandı pic.twitter.com/2nuyitknGc
— Unikal.az (@UnikalOrgPortal) July 18, 2024