Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.
"Unikal" xəbər verir ki, ölkə lideri İsveçrə Konfederasiyasının Prezidenti Viola Amher və Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.
Daha sonra Azərbaycan və Macarıstan liderləri bir masa arxasında əyləşərək ünsiyyətlərini davam etdiriblər. Daha sonra Bolqarıstan prezidenti Rumen Radev İlham Əliyevin masasına qoşulub.
Sonra NATO-nun baş katibi Yens Stoltenberq eyni masaya əyləşib. Serbiya prezidenti Adeksandr Vuçiç də İlham Əliyevlə söhbət edib.
Ağarza Elçinoğlu
***13:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Viola Amher ilə söhbət edib.
"Unikal" xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olunub.
Söhbət zamanı COP29 və iqlim dəyişmələri ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.
"Unikal" xəbər verir ki, dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli munasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.
Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlanıb.