"Fiorentina"nın müdafiəçisi Nikola Milenkoviç karyerasını İngiltərədə davam etdirəcək.

"Unikal" xəbər verir ki, serb futbolçu "Nottingem Forest"ə keçib.

Məlumatı "meşəbəyilər"in mətbuat xidməti yayıb.

26 yaşlı futbolçunun 5 illik müqaviləyə imza atdığı bildirilib.

2017-ci ildən "Fiorentina"nın formasını geyinən Nikola son mövsümdə bütün turnirlərdə 50 matça çıxaraq 1 məhsuldar ötürmə müəllifi olub.