Fransanın qərbində La Roşeldə su anbarlarının tikintisinə qarşı keçirilən etiraz aksiyası polislə toqquşmaya çevrilib.
"Unikal" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb .
Nümayişçilərin bir neçə yürüşə bölündüyü qeyd edilir. Polis onlara hücum edib və gözyaşardıcı qazdan istifadə edib. Nümayişin fonunda Qara blok hərəkatının bir qrup radikalı formalaşıb. Supermarketin şüşələrini sındıraraq içəri giriblər və ziyan vurublar.