Xüsusilə Fransa və beynəlxalq erməni lobbisinin öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı məkrli planlarının şahidi oluruq.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
İqor Korotçenko bildirib ki, bu dövlətlər müxtəlif səviyyələrdə anti-Azərbaycan kampaniyası aparır: “Şuşada keçirilən Qlobal Media Forumuna müxtəlif ölkələrdən çoxsaylı nümayəndələrin toplaşması Azərbaycana verilən önəmin göstəricisidir. Bu gün Azərbaycan qlobal trendlərin müəllifi olan bir dövlətdir. Bu Forum müstəmləkə və qloballaşma əleyhdarları olan ölkələr üçün mükəmməl platformadır. Prezident İlham Əliyev bu gün dünya ölkələri liderlərinin fikirləri ilə hesablaşdıqları qlobal səviyyəli mükəmməl bir siyasi liderdir".