Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

"Unikal"in Şimal bürosunun məlumatına görə, hadisə rayonun Susayqışlaq kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində sonuncunun sürücüsü - rayon sakini 1991-ci il təvəllüdlü Əliyev Rəhman Ramazan oğlu aldığı xəsarətlərdən yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca