ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, Co Bayden ABŞ tarixinə "ən pis prezident" kimi düşəcək.
"Unikal" xəbər verir ki, Tramp CNN-ə müsahibəsində Baydenin prezidentlik yarışından geri çəkilməsini şərh edərkən belə deyib.
O həmçinin bildirib ki, seçkidə Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq.
Qeyd edək ki, Bayden vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bəyan edib.