Nigeriyanın Benue əyalətində baş verən silahlı hücumda onlarla insan həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə Kastina-Ala bölgəsinin başçısı Justine Shaku yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, əyalətin Kastina-Ala bölgəsinə naməlum şəxslər hücum edib. Silahlı insidentdə 18 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Zərifə Nağıyeva