Almaniyada Ukrayna münaqişəsindən yorğunluq artır.
"Unikal" xəbər verir ki, bunu Bundestaqdakı Sollar fraksiyasının rəhbəri Zeren Poelman Rusiya KİV-ə açıqlamaslnda deyib.
"Müharibəyə baxmayaraq, Almaniya əhalisi arasında müəyyənyorğunluq artır", - Pelman bildirib.
O, həmçinin Almaniya Nazirlər Kabinetinin “vətəndaşların kəskin tənqidinə məruz qalan” Kiyevə hərbi dəstəyi indiki səviyyədə saxlamağa qərar verəcəyinə də şübhə edir.
"Daha da ixtisarların olub-olmayacağı, əlbəttə ki, gələn il Bundestaqda keçiriləcək seçkilərdən və Ukraynaya silah tədarükünə qarşı çıxan partiyaların, o cümlədən Sol partiyanın nəticələrindən asılıdır", - deyə siyasətçi yekunlaşdırıb.
Gülayə Mecid