İyulun 21-də gecə saatlarında Göyçay şəhərində Əli Əzizov aralarında yaranmış mübahisə zamanı qonşusu, 33 yaşlı Əfqan Hacıyevin qoluna balta ilə xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən kəsici alətlə Ə.Hacıyevə xəsarət yetirən Ə.Əzizov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Murad İbrahimli