Avstraliyanın Sidney şəhərində intiharların tez-tez baş verdiyi yer olan "Gap Hill”də yaşayan Don Ritçi həyatını insanları intihar etməkdən çəkindirməyə həsr edib.
"Unikal" xəbər verir ki, "The Angel of The Gap" (Uçurum mələyi) kimi tanınan Don Ritçi 50 il ərzində təxminən 160 insanı intihar etməkdən çəkindirərək Sidneyin qəhrəmanına çevrilib.
Ritçinin qəhrəmanlığı 1964-cü ildən başlayıb.
Belə ki, evinin terrasından bayıra baxan zaman uçurumun kənarında dayanan bir adam diqqətini çəkib. O, dərhal həmin şəxslə danışmağa başlayıb və onu intihar fikrindən daşındırıb. Bu hadisədən sonra Riçi müntəzəm olaraq uçurum kənarında intihara cəhd edən insanları müşahidə edib və onlarla söhbət edib. Bu şəkildə, o, söhbəti ilə yüzlərlə insanın həyatını xilas edib.
Don Ritçi 2012-ci ildə 86 yaşında vəfat edib. O, ölümündən sonra da Sidney xalqı tərəfindən qəhrəman kimi xatırlanmağa davam edir.
Zərifə Nağıyeva