İsrail ordusu Qəzzanın mərkəzi və cənubunda əməliyyatlarını davam etdirdiyini bildirib və Qəzza zolağının humanitar zona kimi müəyyən edilmiş hissəsindən qaçqınların təxliyyə edilməsini əmr edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail hərbçiləri bölgədə möhkəmlənən HƏMAS silahlılarına qarşı əməliyyat keçirməyi planlaşdırırlar.
Bu əraziyə Qəzza zolağının cənubunda yerləşən Muvaşi humanitar zonasının şərq hissəsi daxildir.