Türkiyənin Çanaqqala vilayətində yerli vaxtla saat 17:37-də 4.7 maqnitudalı zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Bildirilir ki, zəlzələ yaxın şəhərlərdə də hiss edilib.
Məlumata görə, zəlzələnin episentri 10.23 kilometr dərinlikdə qeydə alınıb.
Təbii fəlakətin fəsadları barədə məlumat verilməyib.