Co Bayden prezidentlik yarışında iştirakdan imtina etdikdən sonra vitse-prezident Kamala Harris əsas potensial demokrat namizəd hesab olunur.

"Unikal" xəbər verir ki, “The Simpsons” cizgi filminin pərəstişkarları cizgi serialında Amerikanın siyasi reallığına istinadlar tapıblar.

Beləliklə, "Bart gələcəkdə" (2000-ci ildə buraxılmış) epizodunda Liza Simpson ABŞ tarixində ilk qadın prezident olur. Bu epizodda Simpsons animatorları Lizaya mirvari boyunbağı, bənövşəyi kostyum və böyük mirvari sırğalar hədiyyə edirlər.

Kamala Harris 2021-ci il yanvarın 20-də ABŞ-ın vitse-prezidenti kimi and içərkən məhz belə geyinmişdi. Baydenin namizədliyini irəli sürməyəcəyini elan etdikdən sonra "The Simpsons" şousunun aparıcısı El Cİn "X" hesabında "Simpsonların proqnozunun bir hissəsi olmaqdan qürur duyuram" yazıb.