Amerikalı sahibkar və milyarder İlon Mask cinsiyyətini dəyişdirən oğlunun "öldüyünü" bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə kanadalı psixoloq Cordan Petersonla müsahibəsində deyib.
"Oğlum Xavier əslində öldü, o virus tərəfindən öldürüldü", - Mask ifadə edib.
Mask oğlunun cinsiyyətinin dəyişdirilməsi ilə bağlı sənədləri imzalamaq üçün aldadıldığına aydınlıq gətirib.
Xatırladaq ki, Maskın böyük oğullarından biri 2022-ci ildə 18 yaşında Vivian Jenna adını seçərək rəsmi olaraq cinsiyyətini dəyişib.