Futbol əfsanəsi Dieqo Maradonanın 1986-cı il dünya çempionatının yarımfinalında geyindiyi forma hərracda satışa çıxarılacaq.
"Unikal" xəbər verir ki, "Sotheby's" hərrac evi bu tarixi formanın dəyərinin 900.000 funt-sterlinqdən (1,978,020 azn) çox ola biləcəyini açıqlayıb.
Sözügedən geyim ilə Argentinanın Belçikanı 2-0 məğlub etdiyi matçda Maradona iki qola imza atıb. Qarşılaşmadan sonra Belçika millisinin qapıçısı Pfaffa hədiyyə edilən forma uzun illər saxlandıqdan və sərgiləndikdən sonra hərraca çıxarılıb.