Avropa futbol liqaları sıx oyun təqviminə görə FİFA-nı məhkəməyə verməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə tanınmış jurnalist Rob Harris məlumat yayıb. Sözügedən çempionatlardan yalnız İngiltərə Premyer Liqasının adı açıqlanıb. Digər liqaların adları məlum deyil.
Bununla belə, FİFA dərhal bu məsələyə cavab verib: "Bəzi liqalar kommersiya maraqlarına, ikiüzlülüyünə görə dünya futbolunun bütün digər nümayəndələrinin maraqlarını nəzərə almadan hərəkət edir".