Rusiya Daxili İşlər Nazirliyi jurnalist və xarici agent Mixail Zıqarı axtarışa verib. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, jurnalist, həmçinin, Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaydığına görə qiyabi olaraq 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu qərarı Moskvanın Basmannı məhkəməsi verib.