ABŞ prezidenti Co Bayden çərşənbə günü, iyulun 24-də vətəndaşlara müraciət etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb. 

Burada əsas diqqət onun seçki yarışından çıxmaq qərarına yönələcək.

Bu, Ağ Ev rəhbərinin Delaverdəki iqamətgahında COVID-19 səbəbindən özünü təcrid etdikdən və prezidentlik uğrunda mübarizəni dayandırmaq qərarından sonra ictimaiyyət arasında ilk çıxışı olacaq.