ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçki qərargahı bildirib ki, vitse-prezident Kamala Harrisin hazırkı dövlət başçısı Co Baydenin seçki kampaniyasından vəsait almaq hüququ yoxdur və bununla bağlı Federal Seçki Komissiyasına şikayət edib.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
Şikayət Trampın seçki kampaniyasının baş müşaviri Devid Uorrinqton tərəfindən verilib. Onlar Harrisin Baydenin qalan kampaniya fondlarından qeyri-qanuni olaraq 91,5 milyon dollar almağa çalışdığını, bu pulun "həyasızcasına mənimsənilməsi"nin 1971-ci il federal seçki kampaniyası qanununun ən böyük pozuntusu ola biləcəyini deyirlər.
Öz növbəsində Harrisin nümayəndələri Bayden kampaniyasının iddialarını əsassız adlandırıblar.
Bundan əvvəl Tramp bildirib ki, Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, ölkəni məhv edəcək.
Gülayə Mecid