Böyükmiqyaslı meşə yanğınları Kanadanın qərbindəki Alberta və Britaniya Kolumbiyası əyalətlərinin minlərlə sakinini təxliyəyə məcbur edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Casper milli təbiət qoruğunun ərazisində yerləşən eyniadlı şəhərin 4,7 min sakinin təxliyəsi barədə göstəriş verilib.
Bundan başqa, Britaniya Kolumbiyasında Vilyams gölü bölgəsində yaşayan vətəndaşlara evlərini tərk etmək əmri verilib.
Kanadanın qərbində baş verən yanğınlara güclü istilər və ildırım çaxması səbəb olub.