Rusiyanın Dağıstan vilayətinin Mahaçqala şəhərində qorxu evində dəhşətli hadisə baş verib.

"Unikal" xəbər verir ki, qorxu evində baş verən yanğında stullara bağlanmış iki gənc qadın ölüb.

Belə ki, oyun zamanı benzin bidonunun təsadüfən aşması nəticəsində baş verən yanğında oyunun qaydalarına görə stullara bağlanmış iki gənc qadın qaça bilməyib. Və onlar yanaraq ölüblər.

Hadisədən sonra istintaq başlanılıb. Günahkarların 10 ilə qədər həbs ediləcəyi bildirilib.

Zərifə Nağıyeva