Azərbaycan Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkiləri müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərməyib.
"Unikal" xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat verib.
Qeyd olunur ki, bunun əsas səbəbi Avropa Şurası və AŞPA-nın bir neçə ildir ki, Azərbaycana qarşı ikili standartlara əsaslanan qərəzli siyasət yürütməsidir.
Mənbə onu da qeyd edib ki, AŞPA missiyasının seçkiləri müşahidə etməkdə iştirakı yalnız Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqləndikdən sonra müzakirə oluna bilər.
Ağarza Elçinoğlu