Azərbaycan Prezidentinin 44 günlük müharibədən qoyduğu tələb və şərtlər kapitulyasiya sazişinin ilkin şərtləridir.
"Unikal" xəbər verir ki, bu barədə erməni hərbi ekspert, ehtiyatda olan ordu polkovniki Hayk Nahapetyan bildirib.
O, qeyd edib ki, ölkənin, dövlətçiliyin yoxluğu təhlükə altındadır: "Ermənistanda ciddi daxili siyasi təlatümlər baş verə bilər. Ona görə də Ermənistan tədricən təslim olmalı, Azərbaycan isə tədricən təzyiqlərini artırmalıdır".
Ekspertin sözlərinə görə, Ermənistanı ABŞ səfiri idarə edir: "Biz uduzuruq, Azərbaycan və Türkiyə düzgün yoldadır. Azərbaycan rəhbəri artıq D. Trampla təmasdadır, amma Paşinyan hansısa maraqlara xidmət edərək, uduzan qlobalistlərin düşərgəsində ilişib qalır. 1920-ci ildəki kimi olacaq: məğlubiyyətlər yaşayacağıq".
Ağarza Elçinoğlu