İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-də etirazla qarşılanıb.
"Unikal" xəbər verir ki, Netanyahunun ABŞ Konqresində çıxış etmək üçün getdiyi Vaşinqtonda qaldığı hotelin üzərinə “Hərbi cinayətkar Netanyahunu həbs edin” sözləri lazerlə proyeksiya edilib.
Sosial mediada yayılan görüntülərə görə, hotelinin qarşısına toplaşan yüzlərlə nümayişçi Netanyahuya və İsrail rəhbərliyinin Qəzzaya hücumlarına etiraz edib. Binanın qarşısına da polislər yerləşdirilib. Bəzi nümayişçilər Fələstin bayraqlarını dalğalandırıblar.
Zərifə Nağıyeva