Rusiya ordusunun zabitinin Moskvada evinin həyətində avtomobili partladılıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Belə ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov və xanımı avtomobildə olarkən nəqliyyat vasitəsi partladılıb. İnsident nəticəsində zabitin ayaqları qopub, həyat yoldaşı isə ağır yaralanıb.
Hər iki şəxs xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan Andrey reanimasiyadadır. Hadisənin sui-qəsd olduğu bildirilir. Moskva polisi araşdırmalar aparır.
Gülayə Mecid