Gürcüstanın keçmiş hökumət nümayəndələri iqtidqar partiyanın fəxri sədri Bidzina İvanişviliyə qarşı sui-qəsd planlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bəyanatda terror aktının Gürcüstan hökumətinin keçmiş yüksək rütbəli məmurları və Daxili İşlər Nazirliyinin hazırda Ukraynada olan keçmiş əməkdaşları tərəfindən planlaşdırıldığı və maliyyələşdirildiyi göstərilir: "Dövlət Təhlükəsizliyi Xidməti “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin Gürcüstan hökumətinin keçmiş yüksək rütbəli məmurlarının və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının təşkili və maliyyəsi ilə öldürülməsinin hazırlanması faktlarını araşdırır".
Bu mərhələdə heç bir ad çəkilmir və işdə “məxfi” yazısı qeyd olunub.
Ağarza Elçinoğlu