Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK-ya qarşı İraqın şimalında əməliyyat keçirib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, MİT PKK/KCK-nın Süleymaniyyə üzvü adlandırılan Ömər Fırat kod adlı Andok Tolhildan və onu müşayiət edən İran vətəndaşları, İrfan Zendi kod adlı Raman Renas və Hidayet kod adlı Cengaver Mikayılı zərərsizləşdirib.