Türkiyənin İzmir şəhərinin Urla, Seferihisar, Dikili və Foça rayonları sahillərində 196 qanunsuz miqrant saxlanılıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Urla, Seferihisar və Dikili sahillərində rezin qayıqlarda qeyri-qanuni mühacirlərin olduğu barədə məlumatın ardınca bölgəyə qrup göndərilib.
Keçirilən əməliyyat nəticəsində 196 qanunsuz miqrant saxlanılıb, 64 qanunsuz miqrant xilas edilib.