Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Rusiyanın müvəqqəti işğal etdiyi Krımın azad edilməsinin real olduğunu bildirib və əlavə edib ki, Ukraynanın yarımadanın işğaldan azad edilməsi planı var
"Unikal" xəbər verir ki, bu barədə o, “The Guardian” nəşrinə müsahibəsində bildirib.
“Bu, realdır. Təbii ki, bu, böyük hərbi sirrdir”, - Sırski Krımı azad etməsinin mümkün olub-olmaması ilə bağlı suala cavab verib.
O bildirib ki, Ukrayna 1991-ci ilin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə nail olmaq üçün əlindən gələni edəcək.
Gülayə Mecid