Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən terrorçu Bodrumda yaxalanıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat paylaşıb.
Saxlanılan şəxsin Yevgeni Serebryakov adlı şəxs olduğu bildirilir. Onun Moskvada törətdiyi terror hadisəsi nəticəsində 2 nəfər yaralanıb.
Rusiya tərəfinin məlumatı əsasında Serebryakovun Moskva-Bodrum təyyarəsi ilə Türkiyəyə keçdiyi müəyyən edilib.