"Yaxın Şərqdə vəziyyət pisləşməyə meyllidir, o cümlədən Suriyada".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşündə bildirib.
Rusiya lideri qeyd edib ki, o, Əsədin regiondakı vəziyyəti qiymətləndirmək barədə fikirləri ilə maraqlanır.
Putin həmçinin suriyalı həmkarını ikitərəfli ticarət və iqtisadi əlaqələri müzakirə etməyə dəvət edib. Rusiya prezidenti qeyd edib ki, onlarda kifayət qədər perspektivli sahələr var.
Gülayə Mecid