Almaniyanın Frankfurt hava limanında bir çox reyslər təxirə salınıb.
"Unikal" xəbər verir ki, buna səbəb iqlim fəallarının aksiyası olub.
Belə ki, iqlim fəallarının aksiyası səbəbindən Frankfurt hava limanında hava hərəkəti müvəqqəti olaraq dayandırılsa da, polisin fəallara müdaxiləsindən sonra gecikmə ilə uçuşlar yenidən başlayıb.
Qeyd edək ki, iqlim fəalları iyulun 24-də Köln-Bonn hava limanında da hava nəqliyyatını təxminən 3 saat iflic etmişdi.
İki gündür davam edən etiraz aksiyalarından sonra polisin bütün hava limanlarında təhlükəsizliyi artırmağa qərar verdiyi öyrənilib.
Zərifə Nağıyeva