Günəşin zərərli UV şüalarına uzun müddət məruz qalmaq dəridə arzuolunmaz günəş ləkələrinə səbəb ola bilər. Bu ləkələr dərinin qeyri-bərabər ton almasına və zamanla daha çox qırışmasına səbəb olur.
"Unikal" həmin üsulları təqdim edir:
1. Kremlər
Müxtəlif dəriyə qulluq məhsulları günəş ləkələrinin yaranmasının qarşısını almağa kömək edə bilər. Bunlar adətən reseptsiz satılır, lakin dermatoloqunuz dəri tipinizə uyğun olan və reseptlə satılan müxtəlif krem və losyonları da tövsiyə edə bilər. Mütəxəssislərin fikrincə, yaxşı nəticə əldə etmək üçün bir neçə həftə və ya ay ərzində gündə bir və ya iki dəfə dərinizə günəş ləkəsini azaldan kremlər tətbiq etməlisiniz.
2. Azelaik turşusu
Azelaik turşu, kojik turşu və C vitamini dərinin tirozinazını bloklamağa kömək edir. Başqa sözlə, melanin istehsalını tənzimləməyə kömək edən bir fermentdir. Araşdırmalara görə, bu turşu günəş ləkələrinə səbəb olan dəri piqmentini azaltmağa kömək edir.
3. Qlikolik turşusu
Qlikolik turşu dərinizin üst qatını kimyəvi şəkildə aşındıraraq günəş ləkələrini azalda bilər. Bu, dəri tonunu bərabərləşdirməyə kömək edə bilən parlaqlaşdırıcı və solğun təsirə malikdir.
4. Retinoidlər
Araşdırmalar nəticəsində retinoidlərin hüceyrələrin yenilənməsini artırmağa kömək etdiyini, eyni zamanda dərini ölü hüceyrələrdən təmizləməyə və günəş ləkələrini azaltmağa kömək etdiyini göstərib.
5. Lazer müalicəsi
Lazer melanin istehsal edən hüceyrələri məhv edərək günəş ləkələrini təxminən 1-2 prosedurda yox edir. Bəzi tədqiqatlar göstərir ki, lazerlər günəş ləkələrini tamamilə yox edə bilir.
6. Kimyəvi pilinq
Tünd ləkələri soldurmaq üçün dəriyə kimyəvi məhlul tətbiq olunur. Bu zaman dərinin sağalması ilə qızartı, qaşınma və soyulmaya müşahidə oluna bilər. Bundan əlavə, bu mövzuda aparılan tədqiqatlar göstərir ki, kimyəvi pilinq və mikrodermabraziyanın birləşdirilməsi günəş ləkələrinin aradan qaldırılmasında ən yaxşı üsuldur.
7. Krio cərrahiyə
Dermatoloqlar günəş ləkələrini dondurmaq üçün maye azotdan istifadə edir ki, bu da yeni dəri böyüdükcə onların görünüşünün solmasına kömək edir. Bu prosedur asandır, lakin ağrılı ola bilər. Dəri sağalarkən ağrı, qabarmalar, qızartı və şişkinlik müşahidə edilə bilər.
Zərifə Nağıyeva