Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq fəal şəkildə davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Diplomat qeyd edib ki, tarix hələ müəyyən edilməyib.
Xatırladaq ki, iyulun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Putinlə görüşü zamanı onu çox yaxın gələcəkdə Türkiyəyə səfərə dəvət edib.
Buna cavab olaraq Rusiya Federasiyasının rəhbəri Ərdoğanın dəvətini qəbul etdiyini və yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Ağarza Elçinoğlu